"Taksi sürəcəm"

Müğənni İzzət Bağırov həmkarlarına əsəbiləşib.

Metbuat.az-ın axşam.az-a istinadən verdiyi məlumata görə, sənətçi "Ən yaxşısı" verilişində ifaçıların dediyi "Toy olmasa, batarıq" sözlərini tənqid edib:

"Müğənninin batarıq deməsi nə deməkdir? Niyə batıram? Kişi deyilik? Əlimiz-qolumuz yerində deyil? Zəhmətim yoxdur? Batarıq nə deməkdir?

Gedib torpaqda iş görəcəm, taksi sürəcəm, mal-qara saxlayacam. "Batarıq" söhbətini müğənnilər efirdə deyirlər. Bunu yığışdırmaq lazımdır. Düzdür, toya gedirik, oxuyuruq pul qazanırıq. Amma birdən səsimiz batdı, öləcəyik acından?".

İndoneziyada baş verən zəlzələnin yeni GÖRÜNTÜLƏRİ - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR