Bakıda təhlükəli küçə - VİDEO

Bakıda təhlükəli küçə - VİDEO
12:32 13 Yanvar 2015
143 Sosial
Ölkə mətbuatı
A- A+

Ağ rəngli "Ford" sola dönərkən sağdan gələn "Mercedes"i gözləmədi
İzlədiyiniz bu qəza Bakının Nərimanov rayonu ərazisində qeydə alınıb. Koroğlu Rəhimov və Həsən Əliyev küçələrinin kəsişməsində bu cür qəzalar tez-tez baş verir. Səbəb isə odur ki, sürücülər yolayrıcını keçmə qaydalarına əməl etmirlər. Yəni kim necə istəyir, elə də sürür və axırda da bu cür maraqlı videolar yaranır.

Milli.Az avtosfer.az-a istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin "Təhlükəsiz şəhər" Avtomatlaşdırılmış İdarəetmə Mərkəzinin kameraları vasitəsilə qeydə alınan bu qəza görüntüsündən aydın olur ki, hadisəyə səbəb yolayrıcının keçmə qaydasının pozulmasıdır. Belə ki, ağ rəngli "Ford" markalı avtomobil Koroğlu Rəhimov küçəsi ilə hərəkət edərkən Həsən Əliyev küçəsi ilə kəsişmədə qəflətən sola dönməyə çalışır. Yəni qarşıdan gələn avtomobili gözləmədən birbaşa onun yoluna çıxır. Bu anda "Mercedes"lə toqquşma baş verir və hər iki sürücü xəsarət alır.

Əslində isə bu vəziyyətdə ağ rəngli avtomobil sola dönərkən sağdan gələn "Mercedes"i gözləməli idi.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/318793.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR