Region TV” “APA Holding”dən reportaj hazırlayıb

Region TV” “APA Holding”dən reportaj hazırlayıb
12:34 13 Yanvar 2015
212 Sosial
Ölkə mətbuatı
A- A+

Vüsalə Mahirqızı: “Biz müasir media sahəsində məktəb rolunu oynayırıq”


“Region TV”-də yayımlanan “Medialayn” verilişinin bu dəfəki buraxılışı “APA Holding”ə həsr olunub.

Verilişdə “APA Holding”in prezidenti Vüsalə Mahirqızı, rəhbərlik etdiyi media şirkətinin yaranma tarixi, fəaliyyəti, gələcək planları barədə ətraflı məlumat verib. Eyni zamanda o, müasir Azərbaycan mediasının hazırkı durumu barədə ətraflı danışıb.

Vüsalə Mahirqızı “APA”nın müasir mediamız üçün məktəb rolunu oynadığını xüsusilə vurğulayıb: “Biz müasir media sahəsində məktəb rolunu oynayırıq. Bu gün bir çox media saytlarının rəhbərləri, aparıcı redaktorlar “APA”dan transfer olunublar”.

Verlişdə holdinqin idarəçiliyi, “PR” şöbəsi və İnformasiya-Kommunikasiya Texnologiyalarının Departamentinin (İKTD) fəaliyyətindən də bəhs edilib.
Sözügedən reportajı təqdim edirik:
 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/190188

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR