Yeni qaydaların tətbiqi qeyri-neft istehsalının və ixracının genişlənməsinə imkan yaradacaq

“Güzəştli kreditlərdən daha səmərəli istifadə məqsədilə Sahibkarlığın İnkişafı Fondunun kreditlərinin illik faiz dərəcəsi 6%-dən 5%-ə endirilib”.

Metbuat.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri vəzifəsini icra edən Arif Vəliməmmədov bildirib.

A.Vəliməmmədov qey edib ki, yeni qaydalarda orta həcmli kreditlərin maksimal həddi 1000000 manatadək artırılıb. Onun sözlərinə görə, yeni qaydaların tətbiqi sahibkarların güzəştli maliyyə resurslarına çıxışının, eləcə də qeyri-neft istehsalının və ixracının genişlənməsinə, istehsal xərclərinin azalmasına, məhsulun maya dəyərinin aşağı düşməsinə, yeni istehsal sahələrinin yaradılmasına, özəl bölmənin dövlət dəstək mexanizmlərindən daha geniş istifadəsinə imkan yaradacaq.

“Fondun fəaliyyət göstərdiyi dövrdə investisiya layihələrinin ümumi dəyəri 4,9 milyard manat olan 35 mindən çox sahibkara 2,2 milyard manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması nəticəsində 164 minə yaxın yeni iş yerinin açılması imkanı yaradılıb. Bu ilin ötən dövrü ərzində sahibkarlıq subyektlərinə 117,3 milyon manat güzəştli kredit verilib ki, bu layihələrin reallaşdırılması nəticəsində 7700-dən çox yeni iş yerlərinin açılması mümkün olacaq”-deyə, A.Vəliməmmədov vurğulayıb.

Sabah hava belə olacaq - Proqnoz açıqlandı - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR