Çay evində adam öldürməkdə təqsirləndirilən şəxslərə hökm oxunub

12:37 13 Yanvar 2015
185 Digər
Ölkə mətbuatı
A- A+

[ 13 Yanvar 2015 12:36 ]


Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən Ənvər Həsənov, Şücai Qulam və Pərviz Ağayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 

APA-nın məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən, Ənvər Həsənov 15 il, Şücai Qulam 15 il, Pərviz Ağayev isə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd edək ki, 2013-cü ilin oktyabr ayının 18-də Binəqədi rayonu, Naxçıvani küçəsi-13 ünvanındakı “Magic Club” çay evində işləyən Ənvər Həsənov, onun tanışları Şücai Qulam və Pərviz Ağayevlə həmin çay evinə müştəri qismində gələn Səttar Məmmədzadə arasında mübahisə olub. Bu zaman Pərviz Səttarı yumruqla vurub, Ənvərlə Şücai isə onu qətlə yetiriblər.

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR