Ekranlara trans olaraq qayıtdı

Bir daha kino və seriallarda rol almayacağını deyən aktrisa Sevda Dalğıç üç il sonra ekranlara geri qayıdıb.

Metbuat.az qafqazinfo.az-a istinadən xəbər verir ki, o, məşhur “Avlu” serialında Bade adlı transseksual obrazını canlandırmağa başlayıb.

34 yaşlı aktrisa Türkiyə KİV-lərinə açıqlamasında rolunu çox bəyəndiyini bildirib: “Uzun müddətdir kişisayağı obrazlardan qaçırdım. Bu dəfə tamam başqa bir şey oldu. Çətin rolu canlandırıram”.

S. Dalğıç deyib ki, obrazı üçün həftədə 6 dəfə idmanla məşğul olur, 5 dəfə yemək qəbul edir.

Qeyd edək ki, Star TV-də yayımlanan “Avlu” reytinq siyahısında ilk 5-likdədir. Ekran işində Demet Evgar, Ceren Moray və Nursel Köse kimi məşhur simalar rol alıb.

Sabah hava belə olacaq - Proqnoz açıqlandı - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR