Leonardo Di Kaprio Riannaya vurulub? - FOTO

Leonardo Di Kaprio Riannaya vurulub? - FOTO
12:42 13 Yanvar 2015
181 Maraqlı
Ölkə mətbuatı
A- A+

Dünyanın ən məşhur aktyorlarından biri, Hollivud ulduzu Leonardo Di Kaprionun müğənni Riannaya aşiq olması ilə bağlı iddialar səngimək bilmir.
40 yaşlı aktyor bu iddiaları cavablamır, 26 yaşlı Rianna isə ümumiyyətlə, "susuram" deyir.
 
Milli.Az TMZ-yə istinadən bildirir ki, ABŞ-ın Los-Anceles şəhərindəki "Playboy Mansion" malikanəsindəki ziyafətdən sonra belə iddialar daha da güclənib.
 
Qonaqların arasında 50 Cent, Naomi Kempbell, Nikki Ervin, Çak Paçeko, Hillari Daff, Tom Herdi, Peris Hiltonun da olduğu ziyafətdə Leonardo Di Kaprio müğənni Riannanı görəndə ona yaxınlaşıb və təxminən bir saat söhbətləşib.
 
Daha sonra onlar ziyafəti birlikdə tərk edərək Leonardo Di Kaprionun Hollivud Hillsdəki malikanəsinə yollanıblar.
İki gün sonra isə aktyorla müğənni Nikki Ervinin ad gününə birlikdə qatılıblar.
 
Milli.Az
 











Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/318743.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR