Azərbaycanda 13 dərəcə isti olacaq - PROQNOZ

Azərbaycanda 13 dərəcə isti olacaq - PROQNOZ
12:44 13 Yanvar 2015
172 Sosial
Ölkə mətbuatı
A- A+

Bakıda və Abşeron yarımadasında yanvarın 14-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-3, gündüz 6-8 dərəcə isti olacaq. 

Azərbaycanın rayonlarında sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlıərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 1 dərəcə şaxtadan 4 dərəcə qədər isti, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 5-10, şaxta, gündüz 0-5 dərəcə isti olacağı gözlənilir.

 

Yanvarın 15-dək Abşeron yarımadasında meteoroloji amillərin xeyli tərəddüdü, arabir güclənən gilavar və xəzri küləklərinin bir-birini əvəz etməsi meteohəssas insanlar üçün nisbətən əlverişsizdir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/190190

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR