Kriptovalyuta əldə etmək üçün “iPhone”a virus hücumlarının sayı 400% yüksəlib

Kriptovalyuta əldə etmək üçün “iPhone”a virus hücumlarının sayı 400% yüksəlib
04:35 22 Oktyabr 2018
Ölkə mətbuatı
A- A+

İnformasiya təhlükəsizliyinin təmini üçün həllərin istehsalçısı olan “Check Point” kibertəhdidlərə həsr edilmiş “Global Threat Index” araşdırmasının bəzi nəticələrini açıqlayıb. Ekspertlər kriptovalyuta əldə etməkdə istifadə edilən proqramlar nəticəsində hücumların sayının artmasını qeyd ediblər.
 
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, 2018-ci ilin sentyabrında kriptomaynerlərdən istifadə nəticəsində “iPhone” smartfonuna edilmiş hücumların sayı təxminən 400% yüksəlib. Əksər hallarda belə hücumlar “Coinhive” adlı zərərli proqram təminatının köməyi ilə həyata keçirilir: dünya üzrə şirkətlərin 19%-i onun qurbanı olub.
 
“Cryptoloot” mayneri “Global Threat Index” adlı kibertəhdidlər reytinqində üçüncü pilləyə yüksəlib. Bu, gizli şəkildə kriptovalyuta əldə etmək üçün ikinci zərərli proqram təminatıdır. “Cryptoloot” maynerinin “Coinhive”dən əsas fərqi sayt sahibləri üçün komissiyaların aşağı olmasıdır.
 
Demək olar, istənilən qurğu (kompüter, smartfon, “Əşyalar interneti” avadanlığı, server və sairə) gizli mayninq məqsədilə istifadə edilə bilər: bu səbəbdən işçi stansiyalar səviyyəsində aşkar etmə sistemlərinin quraşdırılması kifayət deyil.
 
Emil Hüseynov




Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-57162-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR