Karateçilərimiz Madriddə dünya çempionatına hazırlıq üçün məşqlərə başlayıblar

5-11 noyabr tarixlərində ispaniyanın paytaxtı Madriddə 24-cü dünya çempionatına hazırlıqları davam etdirən milli komandamız Şamaxıya təlim-məşqlərə yola düşüb.

Azərbaycan Milli Karate Federasiyasından Metbuat.az-a verilən məlumata görə, milli komandaların baş məşqçiləri Şahin Xudaverdiyev, Anar Allahverdiyev və Vahid Ayvazovun, eləcə də böyük məşqçilər Qurban Tağıyev, Rəşad Hüseynov və fiziki hazırlıq üzrə məşqçi Oqtay Məmmədovun rəhbərliyi altında təlim-məşq toplanışına 15 idmançı cəlb olunub.

Şamaxı Olimpiya İdman kompleksində son hazırlıqlarda Firdovsi Fərzəliyev (-60 kq) Tural Ağalarzadə, Rafiz Həsənov (ikisi də -67 kq), Rafael Ağayev (-75 kq), Turqut Həsənov və Pənah Abdullayev (ikisi də -84 kq), Şahin Atamov, Asiman Qurbanlı və Murad Hacızadə (üçü də +84 kq), Roman Heydərov (kata), Sahib Əhədəov (para-karate), eləcə də Nuranə Əliyeva (-50 kq), İlahə Qasımova (-55 kq), Fəridə Abiyeva (-61 kq) və Fəridə Əliyeva (+68 kq) iştirak edəcək.

Karateçilərin təlim-məşq toplantısı bir həftə davam edəcək. Milli komanda 3 noyabrda dünya çempionatına yollanacaq.

Günün qoroskopu - Dəvət aldığınız yerə qatılmağı unutmayın - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR