NASA Marsa göndəriləcək yeni kosmik aparatın enəcəyi yeri seçib

NASA Marsa göndəriləcək yeni kosmik aparatın enəcəyi yeri seçib
16:35 22 Oktyabr 2018
Ölkə mətbuatı
A- A+

Üçgünlük müzakirələrdən sonra astronomlar 2020-ci ildə ABŞ Kosmik Agentliyi tərəfindən Marsa göndəriləcək yeni kosmik aparatın enəcəyi yeri müəyyənləşdiriblər.  

“ICTnews” Elektron Xəbər Xidməti “Naukatv” resursuna istinadən yazır ki, Kaliforniyada konfransda keçirilən səsvermə agentlik tərəfindən təsdiq edilən üç Mars sahəsinin çoxillik elmi-texniki analizinin yekunu olub: Cezero daşlaşmış krateri, Böyük Sirt şimal-şərq ovalığı (yaradılması yeraltı mineral mənbələr vasitəsilə ehtimal edilən qədim qabıq sahəsi) və Qusev krateri daxilində Kolumbiya təpələri krateri (potensial baxımdan keçmiş istilik mənbələri). Əvvəllər bu siyahıya tərkibinə görə Böyük Sirtə bənzər Miduey sahəsi əlavə edilib.  

Məlumata görə, bütün dörd obyekt əsas eniş yeri kimi həm yararlılıq baxımından, həm də missiyanın ilk iki ilindən sonra tədqiqatların davam etdirilməsi üçün zona kimi qiymətləndirilib. Hər bir sahə ilk növbədə elm və gələcək kosmik aparatın tədqiqat imkanları üçün əhəmiyyətinə görə dəyərləndirilib. Mütəxəssislərin əksər hissəsi Cezero və Böyük Sirtin lehinə səs verib, lakin kombinasiya kimi kosmik aparatın növbə ilə enəcəyi Cezero və Miduey üstünlük qazanıb. Tədqiqatçılar tərəfindən Marsda tapılan nümunələrin Yerə qaytarılması üçün plan üzərində işlərin davam etdirilməsi ilə əlaqədar olaraq missiyanın planı hələ ki tamamlanmayıb.  

Nizam Nuriyev




Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-57188-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR