Azərbaycanda hava yağmursuz keçəcək, bəzi yerlərdə temperatur 13 dərəcəyə yüksələcək

12:47 13 Yanvar 2015
131 Digər
Ölkə mətbuatı
A- A+

[ 13 Yanvar 2015 12:43 ]

Bakı. Könül Kamilqızı - APA. Yanvarın 14-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya bildirib ki, səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək
 

Havanın temperaturu gecə 0-3, gündüz 6-8 dərəcə isti olacaq.
 

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
 

Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcə qədər isti, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 5-10, şaxta, gündüz 0-5 dərəcə isti olacaq.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368887

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR