Azərbaycanda 166 əcnəbi qanunsuzluğa görə saxlanıldı - FOTO

Azərbaycanda 166 əcnəbi qanunsuzluğa görə saxlanıldı - FOTO
18:52 22 Oktyabr 2018
35 Ölkə
Ölkə mətbuatı
A- A+

Ötən həftə ərzində Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 166 nəfər əcnəbi saxlanılıb.

DMX-dən Milli.Az-a verilən məlumata görə, onlardan 1 nəfər Pakistan və 1 nəfər Gürcüstan vətəndaşı Daxili İşlər Nazirliyi ilə keçirilmiş birgə tədbirlər zamanı aşkarlanıb.

Saxlanılmış 13 nəfər Türkmənistan və 9 nəfər Türkiyə vətəndaşının gəlişinin bəyan edilmiş məqsədinə uyğun olmayan fəaliyyətlə məşğul olması, 1 nəfər Türkiyə vətəndaşının qeydiyyat ünvanı üzrə yaşamadığı, 1 nəfər Hindistan və 1 nəfər Türkiyə vətəndaşının qanunsuz əmək fəaliyyəti ilə məşğul olduğu, digər 141 nəfərin isə ölkə ərazisində qanunsuz yaşadıqları müəyyən edilib.

Həmin əcnəbilərdən 125 nəfər barəsində inzibati qərarlar qəbul olunub. Digər 41 əcnəbinin Azərbaycan Respublikası hüdudlarından kənara çıxarılması istiqamətində müvafiq tədbirlər görülür.

Pünhan Mirzə
Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/696879.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR