Bakıda Gəmi Muzeyi açılacaq

Bu ilin sonuna qədər Bakıda Gəmi Muzeyi açılacaq.

Metbuat.az xəbər verir ki, bu barədə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev məlumat verib.

“Paytaxdakı Dövlət Bayrağı Meydanının yaxınlığında Gəmi Muzeyinin açılışını planlaşdırırıq”, - deyə o qeyd edib.

Gəmiçiliyin rəhbəri həmçinin bildirib ki, rəhbərlik etdiyi qurumun 160 illiyi münasibəti ilə həyata keçirilən “160 il - 160 mənzil” layihəsi çərçivəsində növbədə olan 160 gəmiçiyə mənzillər təqdim ediləcək.//Report.az

Sabah dolları bu qiymətə alacaqsınız - Mərkəzi Bank - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR