18 dərəcə isti olacaq

18 dərəcə isti olacaq
12:51 13 Yanvar 2015
140 Sosial
Ölkə mətbuatı
A- A+

Sabah Bakıda 18 dərəcə isti olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, yanvarın 14-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, arabir tutulacağı gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq, mülayim qərb əsəcək.

Temperaturun gecə 0-3, gündüz 6-18 dərəcə isti olacağı gözlənilir.

Rayonlarda da hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Temperatur aran rayonlarında gecə 1-4, gündüz 8-13 dərəcə isti, dağlıq rayonlarda gecə 5-10 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=113&nid=319385

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR