Putin oktyabrın 23-ü Boltonu qəbul edəcək - Peskov

Putin oktyabrın 23-ü Boltonu qəbul edəcək - Peskov
08:57 23 Oktyabr 2018
29 Ölkə
Ölkə mətbuatı
A- A+

Ruisiya prezidenti Vladimir Putin oktyabrın 23-ü ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Con Boltonu qəbul edəcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə "RİA novosti"yə Rusiya prezidentinin mətbuat latibi Dmitri Peskov bildirib.

Daha əvvəl D.Peskov bildirmişdi ki, Rusiya ilə orta və kiçik mənzilli raketlərin ləğvi haqqında müqavilədən çıxma barədə Vaşinqtondan səslən son bəyanatlardan sonra ABŞ tərəfindən izah tələb olunacaq.

Xatırladaq ki, oktyabrın 20-si ABŞ prezidenti Donald Tramp Rusiya ilə orta və kiçik mənzilli raketlərin ləğvi haqqında müqavilədən çıxacağını bildirmişdi. Onun sözlərinə görə, ABŞ-ın bu müqavilədən çıxmasına səbəb Rusiyanın müqavilənin şərtlərini pozmasıdır.

Qeyd edək ki, orta və kiçik mənzilli raketlərin ləğvi haqqında müqavilə 1987-ci ilin 8 dekabrında Mixail Qorbaçovun Vaşinqtona səfəri zamanı imzalanıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/696952.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR