Bakı metrosunda qatarda problem yarandı

Bakıda metroda qatarların hərəkətində gecikmə olub.

Metbuat.az trend.az-a istinadən xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görəintervalda baş verən gecikməyə səbəb "Neftçilər" stansiyasında qatar dalandan çıxarkən nasazlıq yaranması olub: "Saat 07: 50-də "Neftçilər" stansiyasında 38-ci marşrut üzrə hərəkətdə olan, dalandan çıxan qatarda texniki problem yaranıb. Nəticədə qatar xəttə 5 dəqiqədən sonra çıxıb. Nəticədə digər qatarların intervalında 7-9 dəqiqə gecikmə yaranıb".

B. Məmmədov bildirib ki, hazırda qatarların hərəkətində və intervalda heç bir problem yoxdu.

Günün qoroskopu - Ailə üzvləriniz və qohumlarınız məsləhətlərinizi dinləsinlər - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR