Bu günə olan

Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Cənub-şərq küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Metbuat.az-a verilən məlumatına görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 12-15, gündüz 21-24, Bakıda gecə 14-16, gündüz 22-24 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət gecə 80-90, gündüz 55-60 faiz olacaq.

Azərbaycanın rayonlarında oktyabrın 23-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Zəif şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-17, gündüz 22-27, dağlarda gecə 5-10, gündüz 15-20 isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza görə, oktyabrın 23-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Günün qoroskopu - Ailə üzvləriniz və qohumlarınız məsləhətlərinizi dinləsinlər - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR