Nevada səhrasında müəmmalı ağ piramida - Yadplanetlilərin sirli bazası / FOTOLAR

"Google Earth" də "40°20'41"N 117°20'48"W" koordinatlarını daxil etsək, Nevada ştatındakı səhrada müəmmalı binanı göstərəcək.

Metbuat.az ölkə.az-a istinadən bildirir ki, bu bina səhranın tam ortasında yerləşir. Əgər kameranı binadan bir az kənara fırlatsaq və uzaqlaşdırsaq, uzunluğu bir kilometrdən çox olan ağ üçbucaq görəcəyik. Bu struktur sünidir və onun sərhədləri dəqiq çəkilib. Bununla yanaşı, onun nəydən ibarət olduğu məlum deyil. Elə bil ki, yuxarıdan nəhəng nəsə buraxıblar və bu nəhəng aparat güclü isti ilə daş və qumu ağardıb.

Üçbucağın yanındakı tikililər nə fermaya, nə də heyvan axuruna bənzəyir. Sonuncu dəfə fotolar 2014-cü ilin may ayında lentə alınıb. Amma ağ üçbucaq bu ərazidə 1994-cü ildən mövcuddur. 1994-cü ildə isə ətrafda heç bir bina yoxdur!

Müəmmalı üçbucağı yerli sakin üzə çıxarıb. O, məşhur 51-ci Zonanı tapmaq istədiyi zaman bu tapıntı ilə üzləşib. Batl Mauntin sakini Nevada ştatındakı 51-ci zonanı və UNO qəzasının izlərini araşdırırmış. O, bu barədə MUFON saytına məlumat verib.

Ufoloqların fikrinə əsasən, bu ərazidə uzun illər əvvəl UNO və ya məxfi hərbi təyyarə qəzaya düşüb. Bu səbəbdən də qəzanı və nəticələrini öyrənmək üçün tədqiqat işləri aparılıb.

Acun azərbaycanlı uşaqları axtarır- VİDEO - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR