Razi Nurullayev: “İndiki məqamda AXCP-nin Milli Şuradan kənar birliklərdə təmsil olunması müzakirə edilə bilməz”

Razi Nurullayev: “İndiki məqamda AXCP-nin Milli Şuradan kənar birliklərdə təmsil olunması müzakirə edilə bilməz”
12:52 13 Yanvar 2015
155 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 13 Yanvar 2015 12:49 ]

Bakı. Etibar Məmmədov – APA. “Azərbaycan Xalq Cəbhəsi Partiyası bu il qurultay keçirməyə çalışacaq”.

Bunu APA-ya açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini, Milli Şuranın üzvü Razi Nurullayev deyib.

 

R. Nurullayev AXCP-nin qurultaya hazırlıq məsələsinə toxunaraq xatırladıb ki, partiyanın qurultayı keçən il keçirilməli idi, lakin müəyyən səbəblərdən təxirə salınıb. O bildirib ki, qurultayın dəqiq tarixi regionlarda təşkil edilən konfransların keçirilmə sürətindən asılıdır: “Bütün hallarda çalışacağıq ki, bu il üçün partiyanın qurultayını keçirək”.

 

R. Nurullayev bu il Azərbaycanda keçiriləcək parlament seçkilərində AXCP-nin Milli Şura formatında iştirak edəcəyini vurğulayıb: “Partiya sədri Əli Kərimli də bildirib ki, ümumi prinsip hələ ki AXCP-nin Milli Şuranın tərkibində ölkədə keçiriləcək parlament seçkilərində iştirak etməsidir. Buna görə də, məqbul variant Milli Şura formatında seçkilərə qatılmaq ola bilər. Çünki xalqın və beynəlxalq aləmin qəbul etdiyi qurum Milli Şuradır. Yəqin ki, indiki məqamda AXCP-nin Milli Şuradan kənar birliklərdə təmsil olunması müzakirə oluna bilməz”.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368886

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR