Saakaşvili: “Pul sarıdan anam kömək edir”

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili deyib ki, maddi cəhətdən ona anası Giuli Alasaniya yardım edir.

Metbuat.az virtualaz.org-a istinadən xəbər verir ki, “1+1” telekanalına müsahibəsində Saakaşvili hazırda Niderlandda “kommunal” mənzildə yaşadığını bildirib. Onun sözlərinə görə, təmizlik işləri xərcləri ilə birlikdə mənzil ayda 400 avroya başa gəlir.

“Anam kifayət qədər qazanır və həyat yoldaşıma, Gürcüstanda yaşayan oğluma kömək edir, hərdən bir az mənə də yardımı toxunur”, - eks-prezident qeyd edib.

Acun azərbaycanlı uşaqları axtarır- VİDEO - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR