Neymarı geri qaytarmaq niyyətimiz yoxdur

"Barselona"nın prezidenti Xosep Mariya Bartomeu PSJ-də çıxış edən Neymarın transferi ilə bağlı yayılan şaiyələrə münasibət bildirib.

Metbuat.az-ın sia.az-a istinadən verdiyi məlumata görə, klub prezidenti braziliyalı hücumçunu transfer etmək planlarının olmadığını deyib: "2017-ci ildə PSJ Neymarın 222 milyon avroluq sərbəst qalma qiymətini ödəyərək, transfer etdi. Neymar artıq gedib və onu geri qaytarmaq niyyətimiz yoxdur. İndi Koutinyo, Dembele və digər futbolçularımız öz sözlərini deməlidir".

Bartomeu Lionel Messinin zədəsi ilə bağlı bunları deyib: "Əlbəttə, bundan narahatıq, çünki dünya futbolunun ən önəmli oyunçusundan bəhs edirik. 3 həftə yaşıl meydanlardan kənar qalacaq və vacib matçlarda oynamayacaq".

Acun azərbaycanlı uşaqları axtarır- VİDEO - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR