Erməni oliqarxın məclisində Azərbaycan rəqsi - Buzova oynadı - VİDEO

Erməni oliqarxın məclisində Azərbaycan rəqsi - Buzova oynadı - VİDEO
17:52 23 Oktyabr 2018
57 Ölkə
Ölkə mətbuatı
A- A+

Rusiyanın məşhur pop ulduzu Olqa Buzova erməni oliqarx Boris Avakyanın xanımı Yuliya Avakyanın ad günündə iştirak edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, aparıcılar Gera Ivasçenko və Kseniya Borodina Olqanı səhnəyə dəvət ediblər. Onlar sənətçiyə "Erməni milli rəqs hərəkətlərini bilirsinizmi" deyə sual ünvanlayıblar.

Elə bu zaman Buzova səsləndirilən musiqinin sədaları altında rəqs etməyə başlayıb. Erməni rəqsi kimi təqdim edilən həmin musiqi isə Azərbaycanın qədim oyun havası olan "Şalaxo" (Şələqoy) olub. 

Qeyd edək ki, "Şalaxo"nun ritmi 6/8-lik dir. Bu rəqs azərbaycanlı bəstəkar Əfrasiyab Bədəlbəylinin "Qız qalası" (1940) baletində də yer alıb.

Mahnı Azərbaycanla yanaşı, Gürcüstanda da populyardır. 

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/incedent/697227.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR