Azərbaycanda dəm qazından 5 nəfər zəhərlənib, onlardan 2 nəfəri ölüb

Azərbaycanda dəm qazından 5 nəfər zəhərlənib, onlardan 2 nəfəri ölüb
12:53 13 Yanvar 2015
135 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 13 yanvar /Trend, müxbir İlkin İzzət/

Ötən Azərbaycanda dəm qazından 5 nəfər zəhərlənib, onlardan 2 nəfər ölüb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yanvarın 12-də Yevlax rayon sakini Mövlan Quliyev Suraxanı rayonunun Hövsan, Cəlilabad rayon sakini Cəlal Abdulov Binə qəsəbələrində kirayədə yaşadıqları mənzillərdə dəm qazından zəhərlənərək ölüblər.

Gəncə şəhər sakini Zərqələm Məmmədova və onun bacısı Zəhra, Sayalı Nəbiyeva və onun oğlu Nicat isə dəm qazından zəhərlənmə ilə xəstəxanalara gətiriliblər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/incident/2352578.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR