“Windows”un oktyabr yeniləməsində yeni boşluq aşkar edilib

“Windows”un oktyabr yeniləməsində yeni boşluq aşkar edilib
04:35 24 Oktyabr 2018
Ölkə mətbuatı
A- A+

“Windows” sisteminin oktyabr yeniləməsində faylların silinməsinə səbəb olan yeni boşluq aşkar edilib. “Reddit” istifadəçiləri bildiriblər ki, bu problem “zip” formatlı arxivin sistemə inteqrasiya edilmiş alətlərin köməyi ilə açılması vaxtı yaranır. Eyni adlı arxivi yenidən açarkən əməliyyat sistemi adətən istifadəçidən fayllar üzərində hansı əməliyyatı (yenidən yazmaq və ya faylların adını dəyişdirmək) etməyi soruşur. İndi isə sistem belə fayllar mövcud olduqda ya arxivi açmır, və ya istifadəçidən soruşmadan faylları yenidən yazır.
 
“ICTnews” Elektron Xəbər Xidməti “hitech.vesti.ru” saytına istinadən yazır ki, “Microsoft” artıq bu problemin mövcudluğunu etiraf edib və 2019-cu ilin əvvəlində təqdim olunacaq növbəti yeniləmədə onu aradan qaldırmağa dair söz verib. Həmçinin istifadəçilər qeyd ediblər ki, yalnız “Windows”un öz aləti arxivi açdıqda belə problem yaranır. Kənar proqramlar heç bir problem olmadan işləyir.

Emil Hüseynov




Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-57212-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR