Avtobuslarda gediş haqqı artacaqmı? - RƏSMİ

Avtobuslarda gediş haqqı artacaqmı? - RƏSMİ
12:54 13 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

“Benzinin qiymətinin artması ictimai nəqliyyatda gediş haqlarının atmasına əsas vermir”. Bunu Lent.az-a açıqlamasında İqtisadiyyat və Sənaye Nazirliyinin şöbə müdiri Abbas Əliyev bildirib. A. Əliyevin sözlərinə görə, yalnız avtomobillərin texniki müayinəsindən çıxarılan və yanacağın dəyərinə daxil edilən yol vergisinin tutulması mexanizmi dəyişib.

"Nəqliyyat Nazirliyi tərəfindən qiymət artımı ilə bağlı hər hansı müraciət edilibmi" sualına nazirlik rəsmisi belə cavab verib: “Tarif Şurasına heç bir müraciət daxil olmayıb”.

İstehlak bazarında qiymət artımına gəlincə, A. Əliyev bildirib ki, təmsil etdiyi nazirlik bununla bağlı monitorinq aparır: “İstehlak bazarında sabitlikdir”-deyə, şöbə müdiri əlavə edib.

Qeyd edək ki, Tarif Şurasının dünən verdiyi qərarla yol vergisi əlavə olunmaqla Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 72 qəpik, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 62 qəpik müəyyən edilib.

 

Qərar bu il yanvarın 13-dən qüvvəyə minir. 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/190191

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR