Ohanyan Şoyqunun müavini ilə görüşdü

Ohanyan Şoyqunun müavini ilə görüşdü
12:56 13 Yanvar 2015
162 Dünya
Ölkə mətbuatı
A- A+

Ermənistanın müdafiə naziri Seyran Ohanyan Gümrüdə Rusiya müdafiə nazirinin müavini, briqada generalı Arkadi Baxin ilə görüşüb.

Görüşdə yanvarın 12-də Gümrüdə baş verən faciə ilə bağlı müzakirə aparılıb.

ANS PRESS-in məlumatına görə, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan bildirib.

O deyib ki, görüşün təfərrüatları haqqında məlumat sonra veriləcək.

Xatırladaq ki, ötən gün səhər Gümrü şəhərinin Myasnikyan küçəsində yaşayan Avetisyanov ailəsinin 6 üzvü odlu silahdan öldürülüb. Cinayəti törədən Rusiyanın 102-ci hərbi bazasının əsgəri Valeri Permyakov Ermənistan-Türkiyə sərhədində Bayandur kəndi ərazisində Rusiya sərhədçiləri tərəfindən yaxalanıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR