Tehran-Moskva aviareysi ləğv olundu

Tehran-Moskva aviareysi ləğv olundu
12:58 13 Yanvar 2015
164 Dünya
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 13 yanvar /Trend, müxbir Təmkin Cəfərov/

Bu gün səhər Tehrandan Moskvaya uçuşlar Rusiyadakı əlverişsiz hava şəraiti ilə əlaqədar ləğv olunub. Bunu "İranAir"-in mətbuat xidmətinin rəhbəri Şahrox Nuşabadi deyib. Trend-in məlumatına görə, bu barədə İRNA agentliyi xəbər verir.

Ş.Nuşabadi deyib ki, Moskvada mövcud olan əlverişsiz hava şəraitinə görə Tehran-Moskva reysi müvəqqəti ləğv olunub və onun yenidən bərpası hava şəraitindən asılıdır.

Qeyd edək ki, Moskvada bir neçə gündür ki, qar və şaxtalı hava şəraiti hakimdir. Bu səbəbdən son bir neçə gündə Moskva hava limanında bəzi uçuşlar ləğv olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/other/world/2352586.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR