Son bir ildə Azərbaycanda əlillər 26 minə yaxın reabilitasiya vasitəsi və protez-ortopedik məmulatla təmin edilib

13:07 13 Yanvar 2015
127 Digər
Ölkə mətbuatı
A- A+

[ 13 Yanvar 2015 12:57 ]


Bakı. Aynur Əliyeva - APA-Economics. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Protez-Ortopedik Bərpa Mərkəzi, onun  Gəncə şəhərindəki filialı və Naxçıvan istehsalat sahəsi tərəfindən ötən il əlilliyi olan şəxslər 25 899 reabilitasiya vasitəsi və protez-ortopedik məmulatla təmin olunub.

 

Bu barədə “APA-Economics”ə ƏƏSMN-nin İctimaiyyətlə əlaqələr şöbəsindən daxil olan məlumatda bildirilib.

 

Hesabat dövründə qeyd olunan şəxslərin 1 051 ədəd aşağı ətraf, 173 ədəd yuxarı ətraf və 300 ədəd döş protezləri, 968 ədəd aşağı ətraf tutoru, 368 ədəd ortez-korset, 2261,5 cüt ortopedik ayaqqabı, 18 497 ədəd yardımçı məmulat və s. ilə təminatı həyata keçirilib. Həmçinin 577 ədəd əlil arabası, 519 ədəd eşitmə aparatı əlilliyi olan şəxslərə təqdim olunub. Eyni zamanda, 886 reabilitasiya vasitəsi və protez-ortopedik məmulat təmir edilərək yenidən əlilliyi olan şəxslərin istifadəsinə verilib.

 

Bu dövrdə mərkəzin və  onun Gəncə şəhərindəki filialının mürəkkəb protezləşdirmə stasionarlarında 707 nəfər əlilliyi olan şəxsə müvafiq xidmətlər göstərilib. 2013-cü ilin dekabr ayında ƏƏSMN-nin müvafiq Əmrinə əsasən yaradılmış səyyar tibbi-texniki briqadalar tərəfindən ötən müddətdə 51 rayon üzrə 1564 nəfər əlilliyi olan şəxs səyyar formada protez-ortopedik bərpa xidməti ilə təmin olunub.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR