Azərbaycan, Bakı, 13 yanvar /Trend, müxbir İlkin İzzət/
Ağdam sakininin həyətindən avtomat silah tapılıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Ağdam rayonunun Xındırıstan qəsəbə sakini Şakir Hüseynov həyətindən “AK-74” markalı avtomat silah tapıb. Ş.Hüseynov silahl könüllü olaraq RPŞ-yə təhvil verib.
Faktla əlaqədar araşdırma aparılır.
Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az