Təyyarədə qalmaqallı anons

Təyyarədə qalmaqallı anons
13:11 13 Yanvar 2015
187 Dünya
Ölkə mətbuatı
A- A+

İstanbuldan Adanaya uçmaq istəyənlər yollarda qalıblar. ANS PRESS-in məlumatına görə, Adana səfərini edəcək təyyarə 6 saat müddətində hava limanında ləngiyib.

Saatlarla təyyarənin içərisində qalan sərnişinlər uçuşa hazırlıq anonsundan sonra eşitdiklərindən sözün əsl mənasında şoka düşüblər.

Kapitan pilot sərnişinlərə "Yorğun heyyətlə uçmaq istəyirsiniz?" deyə sual ünvanlayıb.

Kapitanın bu anonsundan sonra saatlarla təyyarədə qalan əsəbi sərnişinlərin səbr kasası daşıb. Sərnişinlərin sərt reaksiyası və gərginləşən vəziyyətdən sonra hava yolu şirkəti təyyarənin başqa heyətlə uçuşunu həyata keçirib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR