Bakı. Fuad Cəfərov - APA. Bakıda oğurluq edən 4 nəfər saxlanılıb.
Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarışı İdarəsi, Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi, Nizami Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi, 24-cü Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 11-də 11:00 radələrində, Naxçıvanski küçəsi 38-də yerləşən bazarda Bakı şəhər sakinləri Mərdan Qənbərovun cibindən 52 manat, saat 11:30 radələrində Əlif Orucovun cibindən 242 manat pulunu cibgirlik yolu oğurlamaqda şübhəli bilinən Gürcüstan vətəndaşları - 1977-ci il təvəllüdlü Goqolodze Georgia Merlakoviç, 1981-ci il təvəlüdlü Geduadze Guram Giorgeviç, Eristavi David Meraboviç və 1980-ci il təvəllüdlü Kereselidze Mindia Nudaroviç tutulub. Şübhəli şəxslərin üzərinə baxış zamanı G.Goqolodzedən 2,035 qram, G.Gequhadzedən 1,942 qram, D.Eristavidən 1,919 qram və M.Kereselidzedən 2,310 qram tiryək aşkar olunaraq götürülüb.