94 iPhone-u bədənində keçirmək istədi - FOTO

94 iPhone-u bədənində keçirmək istədi - FOTO
13:12 13 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Materik Çin və Honkonq arasındakı gömrük məntəqələrindən olan Futyan limanında "maraqlı" qaçaqmalçı tutulub. Gömrkçülər nəzarət-buraxılış məntəqəsinə yaxınlaşan gəncin çox qəribə tərzdə yerişini diqqətdən qaçırmayıblar.

Gənc saxlanılıb və ona baxış keçirilərkən qaçaqmalçının bədəninə sardığı 94 iPhone aşkarlanıb.
 
Milli.Az Xinhua-ya istinadən bildirir ki, 25 yaşlı gənc bu telefonları Honkonqdan Çinə qaçaq yolla keçirmək istəyirdi.
Honkonq qanunlarına görə, bu gənci 7 il həbs və 210 min dollar məbləğində cərimə gözləyir.
 
iPhone Çindəki zavodlarda istehsal olunsa da, "Səmaaltı imperiya"da bu smartfonları satın almaq asan məsələ deyil. Belə ki, 16 geqabayt yaddaşlı iPhone 6 Çində 1000 dollara satılır və bu məbləğ orta statistik maaşın 1/3 hissəsindən çoxdur.
 
Üstəlik, Çində iPhone yalnız China Mobile mobil rabitə şirkəti tərəfindən sabit tarif paketi alanlara satıldığından hər kəs bu smartfonu ala bilmir.
Sadalanan səbəblərdən də Çində iPhone-ların satışı ilə bağlı qara bazar böyükdür.

Milli.Az
 





Xəbərin orijinal ünvanı: http://news.milli.az/mobilt/318744.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR