İtaliya prezidenti istefa verir?

İtaliya prezidenti istefa verir?
13:12 13 Yanvar 2015
148 Dünya
Ölkə mətbuatı
A- A+

İtaliya prezidenti Corcio Napolitano, çox güman ki, bu gün istefa verəcək. Trend xəbər verir ki, bu barədə RİA Novosti “Il Sole 24 Ore” qəzetinə istinadən məlumat yayıb.

Qəzetin yazdığına görə, Napolitano səhər saat 11-də dövlət başçısı postundan istefa verdiyi barədə ərizə yazıb.

Qeyd edək ki, Napolitano ölkə tarixində ikinci müddətə seçilən ilk prezidentdir. 2013-cü ilin aprelində bu posta təkrar seçildikdən sonra 89 yaşlı prezident bu kürsünü vaxtından əvvəl tərk edəcəyini açıqlamışdı.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/318813.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR