Bred Pitt və Ancelina Coli lüks istirahət vasitəsi aldılar - FOTO

Bred Pitt və Ancelina Coli lüks istirahət vasitəsi aldılar - FOTO
13:12 13 Yanvar 2015
246 Maraqlı
Ölkə mətbuatı
A- A+

13 yaşlı Meddoks, 11 yaşlı Paks, 10 yaşlı Zahara, 8 yaşlı Şilo, 6 yaşlı Vivyen və 6 yaşlı Noks... Onlar dünyanın ən məşhur cütlüyü sayılan Hollivud ulduzları Bred PittAncelina Colinin övladlarıdır.
 
Tanınmış aktyorlar ailəvi istirahət üçün rahat nəqliyyat vasitəsi əldə etməyi düşündükləri demişdilər.
Həmin vasitə artıq alınıb.
 
Milli.Az TMZ-yə istinadən bildirir ki, "Brencolina" adlandırılan cütlük 48 metr uzunluğunda treyler alıb. 4 blokdan ibarət olan treylerin dəyəri 1 milyon, sadəcə mətbəxinin qiyməti isə 60 min dollardır.

Treylerin adi vəziyyətdə uzunluğu 12,7 metrdir və 4 blok açılanda o, genişlənir uzunluğu isə 48,1 metrə çatır.
 
Treylerin özü və interyeri çox bahalı, keyfiyyətli materiallardan hazırlanıb.
 
Milli.Az
 












Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/318745.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR