Bakıda gürcülərdən ibarət cibgir dəstəsi tutulub

Bakıda gürcülərdən ibarət cibgir dəstəsi tutulub
13:17 13 Yanvar 2015
148 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda Gürcüstan vətəndaşlarından ibarət cibgir dəstəsi tutulub.

Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Daxili İşlər Nazirliyi (DİN) Baş Cinayət Axtarışı İdarəsi, BŞBPİ-nin Cinayət-Axtarış İdarəsi, Nizami Rayon Polsi İdarəsi Cinayət-Axtarış Şöbəsi, 24-cü Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, yanvarın 11-də 11:00 radələrində, Naxçıvanski küçəsi 38-də yerləşən bazarda Bakı şəhər sakinləri – Mərdan Qənbərovun cibindən 52 manat, saat 11:30 radələrində Əlif Orucovun cibindən 242 manat pulunu cibgirlik yolu oğurlamaqda şübhəli bilinənlər, Gürcüstan vətəndaşları 1977-ci il təvəllüdlü Goqolodze Georqia Merlakoviç, 1981-ci il təvəlüdlü Geduadze Guram Giorgeviç, Eristavi David Meraboviç və 1980-ci il təvəllüdlü Kereselidze Mindia Nudaroviç tutulub.

Şübhəli şəxslərin üzərinə baxış zamanı G.Goqolodzedən 2,035 qram, G.Gequhadzedən 1,942 qram, D.Eristavidən 1,919 qram və M.Kereselidzedən 2,310 qram tiryək aşkar olunaraq götürülüb.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR