XƏBƏRDARLIQ! Hava şəraiti dəyişir:

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti hava şəraitinin dəyişəcəyi haqqında xəbərdarlıq edib.

Milli Hidrometeorologiya Departamentindən Metbuat.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında oktyabrın 31-i gündüz şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında oktyabrın 31-i gündüz şimal rayonlarından başlayaraq noyabrın 2-si gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Yağışın bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-5 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimalı var.

12 yaşı var, 15 xarici ölkənin dövlət himnlərini əzbər bilir - VİDEO - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR