Uşaqlarla bağlı YENİ QANUN qəbul edildi

Milli Məclisin bu gün keçirilən iclasında “Uşaqların zərərli informasiyadan qorunması haqqında” yeni hazırlanmış qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

Metbuat.az-ın trend.az-a istinadən verdiyi məlumata görə, yeni qanun layihəsi haqqında məlumat verən Milli Məclisin Ailə, qadın və uşaq komitəsinin sədri Aqiyə Naxçıvanlı bildirib ki, bu qanun layihəsi Konstitusiyanın 94-cü maddəsinin I hissəsinin 1-ci bəndinə uyğun olaraq, uşaqların yaşına uyğun informasiya əldə etmək hüququnun həyata keçirilməsi ilə əlaqədar olaraq, uşaqların onlar üçün zərərli informasiyadan qorunması tədbirlərini müəyyən edir və bu sahədə yaranan münasibətləri tənzimləyir.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

12 yaşı var, 15 xarici ölkənin dövlət himnlərini əzbər bilir - VİDEO - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR