Yanvarın 9-da İmişli rayonu ərazisində maşını ilə birgə kanala düşən sürücünün meyiti tapılıb. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Qarabağ kanalına düşmüş Rəfayel Şirinovun meyiti yanvarın 12-də sudan çıxarılıb.
Faktla bağlı araşdırma aparılır.