"Titanik"in son görüntüləri - FOTO

"Titanik"in son görüntüləri - FOTO
13:22 13 Yanvar 2015
179 Maraqlı
Ölkə mətbuatı
A- A+

Qəzaya uğrayan və suyun dibində olan gəminin yeni fotoları yayılıb
Dünyanın ən məşhur gəmisinin qəza yerindən yeni görüntülər yayılıb. Milli.Az anspress-ə istinadən xəbər verir ki, 1912-ci ildə qəzaya uğrayaraq batan "Titanik"i tədqiq edən bir qrup elm adamı iki robotla suyun altına girib.

Komanda suyun 4 km altında gəminin qalıqlarının yüzlərlə fotosunu və video çəkilişini aparıb. Çəkiliş bir necə saat davam edib. Hələlik bu görüntülərdən bir necəsi yayımlanıb.

Görmə məsafəsinin azaldığı dərinlikdə çəkilən fotolarda gəminin məhəccərləri, uc hissəsi, bir necə əşyanın qalıqları görünür. Qalıqlar qalın yosun qatı ilə örtülüb.

Komanda 1912-ci ildə buz dağına çırpılaraq batan və 1500 insanın ölümünə səbəb olan gəminin qalıqlarında ən son texnologiya ilə araşdırma aparır.

Qeyd edək ki, "Titanik"in qalıqlarında ən son araşdırma 2004-cü ildə aparılıb.

Milli.Az












Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/318801.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR