Uşaqlar üçün internetin əsas təhlükələrindən biri onların cinayətkarların əhatə dairəsinə düşməsidir

Azərbaycanda uşaqların internet təhlükəsizliyinin təmini üçün silsilə tədbirlər həyata keçirilir.

Metbuat.az-ın trend.az-a istinadən verdiyi məlumata görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova "Valideyn nəzarəti və internet təhlükəsizliyi” proqramının (“Kidsafe”) təqdimatında çıxış edərkən deyib.

Onun sözlərinə görə, bu tədbirlərin davamı olaraq, BMT-nin dəstəyi ilə "Valideyn nəzarəti və internet təhlükəsizliyi" adlı proqram təminatı hazırlanıb.

H.Hüseynova əlavə edib ki, müasir dövrdə uşaqlar da son informasiya texnologiyalarından istifadə etdiklərindən onların internet təhlükəsizliyinin təmini olduqca önəmlidir: "Əsas təhlükələrdən biri onların cinayətkarların əhatə dairəsinə düşməsidir. Uşaqlar üçün ifrat dərəcədə zərərli olan oyunlar da onlarda müəyyən xoşagəlməz hallar yaradır".

Avtomobil oğrularına PİS XƏBƏR - Ekspertdən ŞƏRH - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR