Pilotun anonsu sərnişinləri cin atına mindirdi

13:37 13 Yanvar 2015
253 Maraqlı
Ölkə mətbuatı
A- A+

İstanbuldan Adanaya uçmaq istəyənlər "xırdaca" şok yaşayıblar.

Anspress-in məlumatına görə, Adana səfərini edəcək təyyarə 6 saat müddətində hava limanında ləngiyib.

Saatlarla təyyarənin içərisində qalan sərnişinlər uçuşa hazırlıq anonsundan sonra eşitdiklərindən sözün əsl mənasında şoka düşüblər.

Kapitan pilot sərnişinlərə "Yorğun heyətlə uçmaq istəyirsiniz?" deyə sual ünvanlayıb.

Kapitanın bu anonsundan sonra saatlarla təyyarədə qalan əsəbi sərnişinlərin səbr kasası daşıb. Sərnişinlərin sərt reaksiyası və gərginləşən vəziyyətdən sonra hava yolu şirkəti təyyarənin başqa heyətlə uçuşunu həyata keçirib.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR