ATƏT: Bakı və Yerevan yüksək səviyyədə dialoqu davam etdirmək

Bakı və Yerevan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə yüksək səviyyədə dialoqu davam etdirmək arzusundadır.

Metbuat.az-ın trend.az-a istinadən verdiyi məlumata görə, bunu ATƏT Minsk qrupunun rusiyalı həmsədri İqor Popov deyib.

İ.Popov deyib: “Ümid edirik ki, gələn ay iki ölkənin XİN rəhbərlərinin görüşü baş tutacaq və bu görüşdə nizamlanmanın əsas məsələləri və etimadın möhkəmləndirilməsi tədbirləri müzakirə olunacaq. Prinsipial planda biz başa düşdük ki, yüksək səviyyədə dialoqu davam etdirmək arzusu var”.

Daha sonra o qeyd edib ki, qarşıdurma xəttində vəziyyət müəyyən qədər sabitləşib:

“Bu gün bizim səfərimiz başa çatır. Biz Yerevanda, Dağlıq Qarbağda olduq, indi isə Bakıdayıq. Bizim Ermənistanın baş nazir vəzifələrini icra edənlə, Azərbaycan Prezidenti ilə, hər iki ölkənin müdafiə nazirləri ilə görüşlərimiz oldu. Biz xüsusilə Düşənbədə liderlər arasında baş tutmuş söhbəti müzakirə etdik. Qarşıdurma xəttində, sərhəddə müəyyən qədər sabitləşmiş vəziyyəti müzakirə etdik, Yerevanla Bakı arasında yaradılmış əlaqə barədə danışdıq”.

İmtahanlardakı yeni dəyişikliklər məzunlarımızın bilik səviyyəsinə uyğundur - Məleykə Abbaszadə - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR