Ardanın seçimi hamını şoka saldı

Ardanın seçimi hamını şoka saldı
13:42 13 Yanvar 2015
191 İdman
Ölkə mətbuatı
A- A+

Türkiyə millisinin kapitanın siyahısında birinci Dieqo Simeone yox, Joze Mourinyo oldu

Türkiyə millisinin kapitanı Arda Turanın "Qızıl top" və dünyanın ən yaxşı məşqçisi seçimi üçün kimlərə səs verdiyi açıqlanıb.
 
Milli.Az qol.az-a istinadən xəbər verir ki, "Atletiko"nun yarımmüdafiəçisi "ilk üçlük"də müvafiq olaraq Kriştianu Ronaldu (Portuqaliya, "Real"), Aryen Robben (Hollandiya, "Bavariya") və Kərim Benzemanı (Fransa, "Real") qeyd edib.
 
Arda Turanın ən yaxşı məşqçi seçimi ilə bağlı verdiyi səslər isə təəccüblə qarşılanıb. O, bundan əvvəlki açıqlamalarında “Atletiko"dakı baş məşqçisi Dieqo Simeoneni 2014-cü ilin ən yaxşısı hesab etdiyini söyləməsinə baxmayaraq, birinci sıraya Joze Mourinyo ("Çelsi"), ikinci sıraya isə Yoahim Lövü (Almaniya) layiq bilib. D.Simeone isə onun siyahısında üçüncü olub.
 
Bundan sonra sosial şəbəkələrdə Ardanın seçimi ilə bağlı müzakirələr başlayıb.
Səsvermənin nəticələri açıqlandıqdan sonra A.Turan "Tvitter" hesabından səsvermə zamanı argentinalı mütəxəssisi birinci seçdiyini deyib:
 
"O zaman Türkiyə Futbol Federasiyası məndən kimə səs vermək istədiyimi soruşanda ən yaxşı məşqçinin Simeone, ən yaxşı futbolçunun isə Ronaldu olduğunu söylədim. Simeone mənim üçün dünyanın ən güclü məşqçisidir. Onun uğuruna öz uğurum kimi sevinəcəkdim. Hadisə belə baş verib. Yanlış anlaşılmasın deyə bu barədə açıqlama vermək istədim".

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR