Bakıda biznes mərkəzdə yanğın olub

Bakı şəhərinin Nərimanov rayonunda biznes mərkəzdə yanğın qeydə alınıb.

FHN-dən Metbuat.az-a verilən məlumata əsasən, altımərtəbəli binanın divar üzlüyü 36 m2 sahədə və yaxınlıqda quraşdırılmış reklam lövhəsi 2 m2 sahədə yanıb.

Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Sabah hava belə olacaq - Proqnoz açıqlandı - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR