Ermənistan prezidentinin təyyarəsi əlindən alındı

Ermənistan prezidenti Armen Sarkisyanın aparatı “Airbus” təyyarəsindən məhrum edilib, dövlət başçısının xərcləri 741 milyon dram (1,5 milyon dollar) azaldılıb.

Metbuat.az azvision.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Prezident Aparatının rəhbəri Emil Tarasyan bildirib.

Onun sözlərinə görə, təyyarədən imtina 200 milyon dram qənaət etməyə imkan yaradacaq.

Tarasyan, həminin deyib ki, 2019-cu il üçün prezidentin xərcləri 1,183 milyard dram (2,4 milyon dollar) təşkil edəcək. Bu da 2018-ci ildəki analoji göstəricinin 61,5%-ni təşkil edir.

Aparat rəhbəri gələn il Ermənistanda ciddi ixtisarların olacağını, maaşlar üçün nəzərdə tutulan xərclərin azaldılacağını qeyd edib.

Sabah hava belə olacaq - Proqnoz açıqlandı - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR