İlham Əliyev Türkiyəyə gedir

İlham Əliyev Türkiyəyə gedir
14:06 13 Yanvar 2015
139 Ölkə
Ölkə mətbuatı
A- A+

Prezidenti İlham Əliyev Türkiyəyə səfər edəcək.

ANS PRESS-in məlumatına görə, bu barədə Türkiyə prezidentinin rəsmi saytında qeyd edilib. Bildirilib ki, 15 yanvar tarixində İlham Əliyev Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə bu ölkəyə rəsmi səfər edəcək.

Sözügedən ziyarət zamanı iki dövlət başçısının birgə rəhbərliyi ilə Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının IV. konfransı da keçiriləcək.

Səfər zamanı aparılacaq danışıqlar və konfrans çərçivəsində birgə fəaliyyət, dost və qardaş iki ölkə arasındakı ikitərəfli əlaqələrin və əməkdaşlığın hərtərəfli şəkildə müzakirə olunmasına, daha da irəliyə daşınmasına imkan verəcək.

Görüşlərdə həmçinin, iki ölkəni maraqlandıran regional və beynəlxalq məsələlər haqqında fikir mübadiləsi aparılacaq.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=14&nid=319404

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR