Bakıda sürücülər ən çox hansı yollardan istifadə edirlər?

Bakıda sürücülər ən çox hansı yollardan istifadə edirlər?
14:08 13 Yanvar 2015
189 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 13 yanvar /Trend, müxbir İlkin İzzət/

Bakıda avtomobillərin hərəkətinin ən çox qeydə alındığı yolların adları açıqlanıb.

Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) Trend-ə verilən məlumata görə, 2014-cü ildə Bakı şəhərində 24 saat ərzində sürücülərin ən çox istifadə etdiyi yolların siyahısında Heydər Əliyev prospekti birinci yerdədir.

Məlumata görə, orta hesabla Heydər Əliyev prospektindən gün ərzində şəhər istiqamətində 89147, metronun “Koroğlu” stansiyası istiqamətində isə 88731 nəqliyyat vasitəsi istifadə edib.

Bakı-Sumqayıt şossesində gün ərzində şəhər istiqamətində 84438 avtomobil, şəhərdən çıxış istiqamətində 86 538 nəqliyyat vasitəsi qeydə alınıb.

Neftçilər prospektindən Nobel prospekti istiqamətində sutka ərzində 80812 sürücü istifadə edib, əks istiqamətdə, yəni Azneft dairəsi istiqamətində 59847 avtomobil keçib.

Üzeyir Hacıbəyov küçəsindən 24 saat ərzində 62469 avtomobil istifadə edib.

Yusif Səfərov küçəsində, Heydər Əliyev prospekti istiqamətində gün ərzində 66251 nəqliyyat vasitəsi qeydə alınıb, əks istiqamətdə isə Yusif Səfərov küçəsindən “Port Baku” Tiacrət Mərkəzi istiqamətində 58237 avtomobil qeydə alınıb.

Gün ərzində Tbilisi prospektindən 20 Yanvar dairəsi istiqamətində 48523 nəqliyyat vasitəsi, Tbilisi prospektindən Dövlət Statistika Komitəsi (DSK) istiqamətində isə 48814 avtomobil keçib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2352637.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR