“Növbədənkənar qurultay zərurətini dərk edənlərin sayı artır”

“Növbədənkənar qurultay zərurətini dərk edənlərin sayı artır”
14:09 13 Yanvar 2015
151 Ölkə
Ölkə mətbuatı
A- A+

 

“Azərbaycan Demokratiya və Rifah Hərəkatının təsis yığıncağının keçiriləcəyi tarix dəqiq məlum deyil. Bu, bölgələrdə təşəbbüs qruplarının formalaşma səviyyəsindən asılıdır”.


 

Bunu APA-ya açıqlamasındaMüsavat Partiyası başqanlığına sabiq namizəd, Azərbaycan Demokratiya və Rifah Hərəkatının (ADR) təşkilat komitəsinin sədri Qubad İbadoğlu deyib. O bildirib ki, ADR-in təsis yığıncağının keçirilməsi istiqamətində fəaliyyət genişlənir: “Həm rayonlardan, həm də Bakı şəhərindən təşəbbüs qruplarının formalaşdırılması ilə bağlı müraciətlər var və biz bunu dəyərləndirib, sonra qərar qəbul edirik”.

 

Q. İbadoğlu Müsavatda növbədənkənar qurultay çağırılması üçün yaradılan təşəbbüs qrupunun fəaliyyətinə də toxunub. O qeyd edib ki, bu istiqamətində işlər gedir, partiya fəalları və xüsusi çəkisi olan insanlarla müzakirələr aparılır. Başqanlığa sabiq namizəd qurultay zamanı onu dəstəkləyənlərin artıq səhv etdiklərini anladıqları barədə qarşı tərəfdən səslənən fikirlərə də münasibət bildirib: “Son zamanlar Müsavat Partiyasında baş verənlər onu göstərir ki, əslində əks proseslər gedir. Yəni Müsavat Partiyası daxilində növbədənkənar qurultay çağırılması zərurətini dərk edənlərin sayı getdikcə artır və bu proses güclənəcək”.

 

Q. İbadoğlu tərəfdarlarının Müsavatın qurultayındakı pozuntularla bağlı Ədliyyə Nazirliyinə müraciət edə biləcəyi haqda fikirləri də şərh edərək, bu variantı dəstəkləmədiyini açıqlayıb: “Biz mübarizəmizi partiya daxilində, demokratik şəkildə davam etdirməliyik”.

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/190206

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR