Bakı Metropoliteni gələn il 50 yeni qatar alacaq

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti gələn il 50 yeni və müasir vaqon alacaq.

Metbuat.az-ın Trendə istinadən məlumatına görə, bunu jurnalistlərə açıqlamasında qurumun istismar üzrə baş mühəndisi Əlixan Osmanov deyib.

Ə.Osmanovun sözlərinə görə, gələn il yeni stansiyanın açılışı ilə bağlı metropolitenin vaqon parkı yenilənəcək: "Alınan 50 vaqondan 20-i, yəni 4 qatar tərkibi yeni xəttə, 6 qatar tərkibli 30 vaqon isə köhnə xətlərə buraxılacaq. Köhnə xətlərdə istismar müddəti başa çatan qatarlar xətdən çıxarılacaq."

Ə.Osmanov bildirib ki, yeni qatarlar Rusiyanın "Metrovaqonmaş" şirkətindən alınıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR